Dek 07, 2019 17:28 Asia/Baku
  • Türkiyənin müdafiə naziri NATO-nu tənqid edib
    Türkiyənin müdafiə naziri NATO-nu tənqid edib

Türkiyənin müdafiə naziri Şimali Atlantika Müqaviləsi Təşkilatı- NATO-nun hərəkətini tənqid edib. Bildirib ki, terrorizmə qarşı mübarizədə NATO Ankaranı tək qoydu.

Hulusi Akar şənbə günü sonra bildirib ki, Şimali Atlantika Müqaviləsi Təşkilatı- NATO-nun Londonda keçirilən son sammitində terrorizmlə mübarizə barədə ümumi razılıq əldə olunmadı. O, əlavə edib: Türkiyənin terror qrupları qarşısında öz sərhədlərini qorumaq haqqı var və Ankaranın bu sahədə gördüyü təhlükəsizlik tədbirləri NATO-nu görməməzliyə vurmaq demək deyildir.

Türkiyənin müdafiə naziri həmçinin Rusiyadan S-400 raket sistemini satın alması məsələsinə toxunub. Bildirib ki, Ankara bu sistemi almazdan əvvəl Amerikanın "Patriot" raket sistemini satın almaq ardınca idi, lakin Vaşinqton onu Türkiyəyə vermədi və elə buna görə də Ankara S-400-ü almaq məcburiyyətində qaldı.

NATO-ya üzv ölkələrin sammiti ötən çərşənbə axşamı günündən etibarən iki gün müddətinə Londonun ətrafında keçirildi.

NATO-ya üzv ölkələrin dövlət başçılarının sammiti Ankaranın Suriyanın şimalına hücumu ilə əlaqədar Fransa ilə Türkiyə arasındakı gərginliklərin və ABŞ-ın hərbi maliyyələşdirməni artırmağa dair üzv ölkələrə çağırışlarının davam etdiyi bir şəraitdə keçirildi.

 

Teqlər