Türkiyədə Ərəbistan və BƏƏ saytları internet senzurasından keçir
Türkiyə qarşılıqlı addımda Ərəbistan və BƏƏ-nin bir neçə saytını bağlayıbdır.
Türkiyə rəsmiləri dünən Ərəbistan tərəfindən idarə və ya maliyyə cəhətdən himayə olunan xəbər saytlarını internet senzurasına daxil ediblər.
İki ölkə arasındakı siyasi gərginlik və ixtilaflara görə son günlər Ərəbistan Türkiyənin rəsmi Anadolu xəbər agentliyi və ərəbcə yayımlanan TRT telekanalının saytları kimi xəbər saytlarını bağlayıbdır. Türkiyənin son addımı da məhz ona cavab olaraq atılıbdır.
Bu istiqamətdə Türkiyə adətən Ankaraya qarşı mənfi mövzular yayan Ərəbistanın və əmirliklərin rəsmi xəbər agentliklərini internet senzurasına daxil edibdir.
Ankara həmçinin Ərəbistanın Ələxbariyyə kanalı, Əəkaz, Səbəq, Ərriyad və Əlvətən qəzetləri, eləcə də əmirliklərin Əlbəyan və Əlittihad qəzetlərinin saytlarını, habelə bu ölkə tərəfindən maliyyələşdirilən ərəbcə Skay-Nyus və Ələrəbiyyə saytlarını, həmçinin Ərəbistanın maliyyə dəstəyi verdiyi türkcə İndipendent saytını bağlayıbdır.
TÜRKİYƏ ƏRƏBİSTAN VƏ BƏƏ SAYTLARINI İNTERNET SENZURASINA SALIB