Türkiyədə koronavirusa yoluxanların sayı 100 min nəfəri keçib
-
Türkiyədə koronavirusa yoluxanların sayı 100 min nəfəri keçib
Türkiyənin səhiyyə nazirliyi dünən gecə bildirib ki, bu ölkədə koronavirusa yoluxanların sayı 101 min 790 nəfərə çatıb.
Türkiyə səhiyyə nazirliyi bu ölkədə koronaviursdan ölənlərin sayını da 2491 nəfər elan edibdir ki, bu rəqəm çərşənbəgünkü statistika ilə müqayisədə 115 nəfərlik artımdan xəbər verir.
Türkiyədə koronavirusun yayılma sürəti son günlər şiddətlənibdir.
Koronaviursun yayılması ilə mübarizə məqsədilə dünən səhərdən etibarən bütün Türkiyədə dördgünlük komendant saatı tətbiq olunub.
Türkiyə hökuməti bundan öncə də koronavirusu aradan götürmək üçün tədbirlər görmüşdü. Bunlara 65 yaşından yuxarı və 20 yaşından aşağı şəxslərin mənzildən çıxmalarının qadağan edilməsi, məktəb və universitetlərin bağlanması, toplantıların yasaq edilməsi və bir çox ictimai və ticari mərkəzin, o sıradan restoranların bağlanmasını misal göstərmək olar.