Türkiyədə son sutkada yeni növ koronavirusdan daha 109 nəfər ölüb
APA-nın verdiyi məlumata görə, Səhiyyə naziri Fəxrəddin Qoca "Twitter" hesabında bildirib ki, aprelin 24-də bu ölkədə yeni növ koronavirusdan (COVID-19) daha 109 nəfər ölüb.
Nazir yazıb ki, son 24 saatda 38 351 nəfər şübhəli müayinə olunub, test nəticələrinə görə, onlardan 3122-si koronavirus infeksiyasına yoluxub.
Qeyd edək ki, Türkiyədə yeni növ koronavirusdan indiyədək 2600 nəfər ölüb, 104 902 nəfər bu infeksiyaya yoluxub. Onlardan 1790 nəfəri reanimasiyadadır, 21 737 nəfərin isə müalicəsi müsbət nəticə verib. Müalicə olunan 3246 nəfər bu gün evə buraxılıb.
Türkiyədə indiyə qədər ümumilikdə 830 257 nəfər testdən keçib.
F.Qoca qeyd edib ki, Türkiyədə koronavirus pandemiyası ilə mübarizədə vəziyyət günü-gündən yaxşılaşmağa doğru gedir: “Son 24 saatda evə buraxılan xəstə sayı ümumilikdə müalicə olunan xəstələrin 15 fazini təşkil edir. Aldığımız bu müsbət nəticələrə dəstək vermək vacib şərtdir”.