Türkiyə Trampı tənqid edib
https://azeri.sahartv.ir/news/türkiyə-i360987-türkiyə_trampı_tənqid_edib
Türkiyənin xarici işlər nazirliyi ABŞ prezidentinin 24 aprel 1915-ci il olayları barədəki sözlərini tənqid edib.
(last modified 2024-06-22T21:55:02+00:00 )
Apr 25, 2020 09:21 Asia/Baku
  • Türkiyə Trampı tənqid edib

Türkiyənin xarici işlər nazirliyi ABŞ prezidentinin 24 aprel 1915-ci il olayları barədəki sözlərini tənqid edib.

Türkiyə xarici işlər nazirliyi bu gün bir bəyanatda Amerika prezidenti Donald Trampın 24 aprel 1915-ci il olayları barədəki sözlərini siyasi və Türkiyə hökumətinə qarşı adlandırıb.

Türkiyənin diplomatiya idarəsi 24 aprel hadisələri barədə irəli sürülən iddiaları rədd edib. Vurğulayıb ki, Ankaranın nöqteyi-nəzərincə, bu sözlərin heç bir etibarı yoxdur.

Türkiyə xarici işlər nazirliyi sonra belə qeyd edib: Ankaranın osmanlı dövrünün sonlarındakı hadisələr barədə təhqiqatın aparılması üçün tarixçilərdən ibarət birgə komissiyanın təsisi üzrə təklifi öz qüvvəsində qalmaqda davam edir.

Amerika prezidenti Donald Tramp osmanlı dövründə baş vermiş 24 aprel 1915-ci il olaylarını «böyük fəlakət» adlandırıbdır.

ANKARA AĞ EV-İ TƏNQİD EDİB