Ərdoğan Türkiyənin AB-yə qoşulmasını istəyib
Türkiyə prezidenti bu ölkənin Avropa Birliyinə qoşulmasını istəyib.
Rəcəb Tayyıp Ərdoğan dünən Avropa Birliyinin təşkilininin ildönümü günü münasibətilə bu birliyə məktub göndərib. O, bu məktubda «Türkiyəyə qarşı ayrı-seçkilik və və bu ölkənin Avropa Birliyi tərəfindən rədd olunması» adlandırdığı məsələyə son qoyulmasını istəyib.
«Ankara-Avropa münasibətlərinin yaxşılaşdırılması üçün bütün fürsətlərdən istifadə etmək lazımdır» deyən Türkiyə prezidenti söyləyib: Türkiyənin Avropa Birliyinə üzvlüyə qəbul edilməsi bu birliyin siyasi, iqtisadi və təhlükəsizlik sahələrinin gücləndirilməsində təsirli rola malik olacaq və birliyi beynəlxalq səhnədə mühüm bir oyunçuya çevirəcəkdir.
Türkiyə 1999-cu ildə rəsmi surətdə Avropa Birliyinə üzvlüyə namizəd oldu.
Türkiyənin Avropa Birliyinə üzvlüyünə dair rəsmi müzakirələrin 2005-ci ildə başlamasına rəğmən, hələ də bu ölkənin həmin birliyə üzvlüyü yolundakı başlıca maneələr qalmaqda davam edir.