İyul 10, 2020 22:58 Asia/Baku
  • Aya Sofyaya ödənişli giriş ləğv edilib, iyulun 24-dən ibadətə açılacaq

İyulun 24-dən Aya Sofyada ilk Cümə namazı qılınacaq.

SəhərAzəri APA-ya istinadla xəbər verir, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Aya Sofyanın muzeydən məscidə çevrilməsi ilə bağlı qərar verdikdən sonra Türkiyə xalqına etdiyi müraciətdə belə deyib.

Prezident bildirib ki, 86 ildən sonra Aya Sofyanın yenidən müsəlmanların ibadət yerinə çevrilməsi üçün hazırlıq işləri görülür. 

R.T.Ərdoğan məbədə ödənişli girişin də ləğv edildiyini, qeyri-müsəlmanlara da hər zaman açıq olacağını vurğulayıb.

Teqlər