Türkiyədə sosial şəbəkələrin tənzimlənməsini nəzərdə tutan qanun layihəsi parlamentə daxil olub
İyul 21, 2020 14:34 Asia/Baku
Türkiyədə sosial şəbəkələrin tənzimlənməsini nəzərdə tutan qanun layihəsi artıq Türkiyə Böyük Millət Məclisinə (TBMM) daxil olub.
SəhərAzəri Apa-ya istinadla xəbər verir ki, bu barədə Ədalət və İnkişaf Partiyasının (AKP) rəsmisi Özləm Zəngin bildirib.
O deyib ki, məqsəd sosial şəbəkələrin bağlanması deyil: “Sosial şəbəkələrin həyatımızdakı yerinin fərqindəyik. Sosial şəbəkələrdə təhqirə, söyüşə, böhtana son verməyi qarşıya məqsəd qoymuşuq”.
Ö. Zengin qeyd edib ki, qanun layihəsi gələn həftə parlamentin müzakirəsinə çıxarılacaq.