Türkiyədə İŞİD-lə əlaqədə olmaq ittihamı ilə 8 nəfər həbs olunub
https://azeri.sahartv.ir/news/türkiyə-i365069-türkiyədə_İŞİd_lə_əlaqədə_olmaq_ittihamı_ilə_8_nəfər_həbs_olunub
Türkiyə polisi İstanbulda İŞİD terror qrupu ilə əlaqədə olmaq ittihamı ilə səkkiz nəfəri həbs edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 24, 2020 11:08 Asia/Baku
  • Türkiyədə İŞİD-lə əlaqədə olmaq ittihamı ilə 8 nəfər həbs olunub

Türkiyə polisi İstanbulda İŞİD terror qrupu ilə əlaqədə olmaq ittihamı ilə səkkiz nəfəri həbs edib.

SəhərAzəri xəbər verir, Eyni zamanda İstanbul vilayətinin on bölgəsindəki 14 məkanda keçirilən bu əməliyyatda səkkiz nəfər həbs olunub. Onların hamısı xaricidir.

Polis qüvvələri bu şəxslərin yerləşdikləri məkandan 19 min türk lirəsi və 6 min 741 ABŞ dolları, həmçinin müəyyən miqdarda rəqəmsal aparat və təşkilat vərəqələri aşkar və müsadirə ediblər.

Bundan əvvəl İŞİD terror qrupu ilə həmarlıqda ittiham olunan Ankara son illər bu qrup üzvlərinin Türkiyə ərazisindəki iştiraklarından təhlükə hiss etdiyinə görə, İraq və Suriyadan terrorçuların daxil olmalarının qarşısını almaq üçün geniş tədbirlərə başlayıbdır.