Türkiyə donanması gücünü artırır
https://azeri.sahartv.ir/news/türkiyə-i367114-türkiyə_donanması_gücünü_artırır
Türkiyə donanması gücünü artırır, yeni gəmilər hazırlayır, bu gəmilər hazır olduqdan sonra Türkiyə donanması daha da güclənəcək.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Sen 10, 2020 19:46 Asia/Baku
  • Türkiyə donanması gücünü artırır

Türkiyə donanması gücünü artırır, yeni gəmilər hazırlayır, bu gəmilər hazır olduqdan sonra Türkiyə donanması daha da güclənəcək.

SəhərAzəri Axar-a istinadla xəbər verir ki, bunu Türkiyə Administrasiyasının Müdafiə sənayesi şöbəsinin rəhbəri İsmayıl Dəmir deyib.

O bildirib ki, hazırda gəmiqayırma zavodlarında inşası davam edən mühüm gəmilər var:

“Bir tərəfdən sualtı qayığımız hazırlanır, digər tərəfdən də “Anadolu” tipli gəmimizdə işlər yekunlaşmaq üzrədir. MİLGEM-in yeni versiyası olan “İ” sinfli freqat layihələri də davam etdirilir. Hətta torpedo tiplərində yeni qayıqlarımız da istehsal olunur. Bütün bunlar hazır olduqdan sonra Türkiyənin dənizdəki gücü artacaq”.