Sen 16, 2020 22:51 Asia/Baku
  • Avropa Komissiyası Başçısının Türkiyəyə xəbərdarlığı

Avropa Komissiyasının rəhbəri, Türkiyəyə, Aralıq dənizinin şərqindəki bu ölkə ilə Yunanıstan arasında qaz mübahisəsində qonşularını qorxutmaq cəhdlərinə görə xəbərdarlıq etdi.

SəhərAzəri xəbər verir, Ursula fon der Leyen Avropa Parlamentindəki çıxışında deyib: “Türkiyə vacib bir qonşudur və həmişə belə qalacaq. Coğrafi cəhətdən çox yaxın olsaq da, aramızdakı məsafə getdikcə artır”.
Avropa Komissiyasının sədri əlavə edib: “Milyonlarla miqranta ev sahibliyi edir. Buna görə də AB Türkiyəyə əhəmiyyətli dərəcədə iqtisadi yardım göstərir. Ancaq Ankaranın qonşularını qorxutmaq cəhdləri yolverilməzdir. Kipr və Yunanıstan qanuni suveren hüquqlarını qorumaq üçün hər zaman Avropa həmrəyliyinə etibar edə bilərlər”.
Qeyd edək ki, Fransa, bölgədə hərbi gəmilər və döyüşçülərini yerləşdirərək Yunanıstana dəstəyini açıq şəkildə göstərib; bu da Ankaranın kəskin reaksiyasına səbəb olub.
Gərginliyin mərkəzində olan Türk kəşfiyyat gəmisi nəhayət bazar günü Türkiyə sahillərinə qayıdıb, və güman olur ki bu hərəkət iki ölkə arasındakı gərginliyi azalda bilər.
fon der Leyen əlavə olaraq deyib: "Bu düzgün istiqamətdə bir addımdır və söhbətlər üçün zəmin yaradır."
Türkiyənin sanksiya təhdidi ilə Şərqi Aralıq dənizindəki böhran, 24 və 25 sentyabr tarixlərində Brüsseldə keçiriləcək Avropa Sammitinin gündəmindədir.

Teqlər