Sen 22, 2020 10:34 Asia/Baku
  • Türkiyədən Aİ-yə sərt etiraz

Türkiyə Xarici İşlər Nazirliyi Avropa İttifaqının bu ölkə şirkətlərindən birinə qarşı sanksiyalar tətbiq etməsini kəskin formada qınadı.

Səhər Azəri bildirir ki, rəsmi Ankara Aİ-nin Liviyaya silah satışı qadağasını pozduğu iddiası ilə Türkiyə şirkətinə qarşı sanksiya tətbiq etməsini təəssüf doğuran hal adlandırıb. 

Türkiyə XİN-i bir bəyanat yayaraq, bildirib: Türkiyənin Şərqi Aralıq dənizində gərginliyi azaltmaq istiqamətində konstruktuv addımlar atdığı bir zamanda belə bir qərarın qəbul edilməsi tamamilə yanlış hərəkət olaraq təəssüf doğurur. Ankara Avropa İttifaqının bu qərarını tamamilə dəyərsiz hesab edir. 

Avropa İttifaqı xarici işlər nazirləri bazar ertəsi günü Liviyaya silah satışı qadağasını pozduqları iddiası ilə Türkiyə, İordaniya və Qazaxıstan şirkətlərinə qarşı sanksiyalar tətbiq ediblər. 

Teqlər