Hulusi Akar: "Hazırlıqlar başa çatıb, Türk əsgəri ən qısa zamanda Azərbaycana gedəcək"
https://azeri.sahartv.ir/news/türkiyə-i369838-hulusi_akar_hazırlıqlar_başa_çatıb_türk_əsgəri_ən_qısa_zamanda_azərbaycana_gedəcək
Türkiyə Milli Müdafiə naziri deyib: "Türkiyə Böyük Millət Məclisində qəbul edilən qanuna uyğun olaraq Mehmetcik ən qısa zamanda Azərbaycana gedəcək".
(last modified 2024-03-01T10:29:49+00:00 )
Noy 21, 2020 11:26 Asia/Baku
  • Hulusi Akar:

Türkiyə Milli Müdafiə naziri deyib: "Türkiyə Böyük Millət Məclisində qəbul edilən qanuna uyğun olaraq Mehmetcik ən qısa zamanda Azərbaycana gedəcək".

SəhərAzəri xəbər verir, Türkiyə Milli Müdafiə naziri Hulusi Akar bildirib ki, Azərbaycanla bağlı layihə qəbul edilib, hazırlıqlar tamamlanıb: "Türk əsgəri ən qısa zamanda Azərbaycandakı vəzifələrinin başına gedəcək. Bununla əlaqədar xüsusilə Quru Qoşunlarımız işlərini tamamlayıb. Hava Qüvvələrimiz onların daşınmasına hazırdır".

Bu elə bir haldadır ki, Rusiya Dağlıq Qarabağda təkcə bu ölkə sülhməramlılarının yerləşəcəyini bildirib və üçtərəfli razılaşmanın mətnində Türkiyənin iştirakı məsələsi qeyd edilməyib.