Türkiyə Yunanıstanla danışıqlara hazırdır
Türkiyənin Xarici İşlər Nazirliyi heç bir önşərt olmadan Yunanıstanla danışıqlara hazır olduğunu bildirib.
SəhərAzəri xəbər verir, Aralıq dənizində kəşfiyyat haqqında müzakirələr xüsusiyyət təşkil etməklə heç bir önşərt olmadan Yunanıstanla bütün diplomatik kanalların bərpası sahəsində bu ölkənin mövqeyinin dəyişməzliyinə təkid edən Türkiyə Xarici İşlər Nazirliyi Afinaya xəbərdarlıq edibdir ki, sağlam düşüncə və məsuliyyətli rəftarla hərəkət etsin.
Türkiyənin Xarici İşlər Nazirliyi həmçinin Yunanıstanı təhrikedici hərəkətlərini davam etdirməkdə ittiham edib.
Bu nazirlik həmin hərəkətlərin ən yenisini, Yunanıstanın 2021-ci il yanvarın dördündən fevralın 26-dək hərbi təlimlər keçirmək istiqamətində Egey və Şərqi Aralıq dənizlərinin hava məkanlarının bəzi hissələrinin bağlanması və mülki vəziyyət altında olan adalar da daxil olmaqla on beş bölgənin hərbi təlim bölgəsi elan olunmasına dair «NOTAM» xərbədarlığının edilməsi adlandırıbdır.
Türkiyənin son aylar Şərqi Aralıq dənizi regionunda apardığı kəşfiyyat əməliyyatları bu ölkə ilə Avropa ölkələri arasında gərginliyin artmasına səbəb olubdur.
Belə bir halda, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan dünən bir mərasimdə deyib: Bizim Avropa, Amerika və ya heç bir region ölkəsi ilə çətin problemlərimiz yoxdur.