Türkiyənin S-400-ü NATO təyyarələri üçün təhdid hesab olunur
https://azeri.sahartv.ir/news/türkiyə-i371390-türkiyənin_s_400_ü_nato_təyyarələri_üçün_təhdid_hesab_olunur
NATO-nun baş katibi deyib ki, Türkiyənin Rusiyadan satın aldığı S-400 raket sistemləri NATO təyyarələrinə qarşı bir təhdiddir.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 30, 2020 08:51 Asia/Baku
  • Türkiyənin S-400-ü NATO təyyarələri üçün təhdid hesab olunur

NATO-nun baş katibi deyib ki, Türkiyənin Rusiyadan satın aldığı S-400 raket sistemləri NATO təyyarələrinə qarşı bir təhdiddir.

SəhərAzəri xəbər verir, Yens Stoltenberq sonra deyib: Rusiya istehsalı olan S-400 raket sistemi NATO-nun hava hücumundan müdafiə sisteminə inteqrasiya edilə bilməz, zira NATO ölkələrinin istifadə etdikləri texnologiyalarla uyuşmur.

Bu raket sistemi NATO aviasiyası üçün təhlükəlidir- deyən Şimali Atlantika Müqaviləsi Təşkilatının baş katibi qeyd edib ki, Türkiyənin, S-400-ün yerinə, Patriot hava hücumundan müdafiə sistemlərini satın almaq barədə müzakirə aparmasına dəstək verir.