Türkiyə ilə Avropa İttifaqı mübahisələrin həlli üçün danışıq aparırlar
Avropa İttifaqının Xarici Məsələlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Türkiyə ilə fikir ayrılıqlarının aradan qaldırılması üçün müzakirələrin davam etdiyini bildirib.
SəhərAzəri Fars-a istinadən xəbər verir ki, Avropa İttifaqının Xarici Məsələlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Cozep Borrel Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə Brüsseldə keçirdiyi birgə mətbuat konfransında deyib: "Kipr adası ilə bağlı danışıqlar ən tez bir zamanda başlamalıdır".
Cozep Borrel əlavə edib: "Həmçinin Şərqi Aralıq dənizində gərginliklər davamlı şəkildə və sülh yolu ilə azaldılmalıdır".
Türkiyənin xarici işlər naziri də bu mətbuat konfransında deyib: "2021-ci il Türkiyə ilə Avropa İttifaqı arasında ikitərəfli münasibətlərdə çətin bir il olacaq".
Movlud Çavuşoğlu əlavə edib: "Borrelə miqrantlar müqaviləsini yeniləməyi, həmçinin Şərqi Aralıqda çoxtərəfli konfranın keçirilməsini təklif etdik və Türkiyə vətəndaşlarının Avropa İttifaqına vizasız səfər etmələri və gömrük qanunlarının yenilənməsi barədə danışdıq".