Türkiyə və AR hərbçiləri birgə hərbi təlimlər keçiriblər
https://azeri.sahartv.ir/news/türkiyə-i372982-türkiyə_və_ar_hərbçiləri_birgə_hərbi_təlimlər_keçiriblər
Türkiyə və Azərbaycan Respublikasının silahlı qüvvələri Türkiyənin şimal-şərqində birgə hərbi təlimlər keçiriblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 07, 2021 05:58 Asia/Baku
  • Türkiyə və AR hərbçiləri birgə hərbi təlimlər keçiriblər

Türkiyə və Azərbaycan Respublikasının silahlı qüvvələri Türkiyənin şimal-şərqində birgə hərbi təlimlər keçiriblər.

SəhərAzəri xəbər verir ki. Hərbi təlimlərdə məqsəd, döyüş hazırlığının qorunması və artırılması olub.

Türkiyənin müdafiə nazirliyi bildirib ki, Azərbaycan Respublikası ilə «Qış-2021» birgə hərbi təlimləri fevralın əvvəlindən Türkiyənin şimal-şərqində yerləşən Qars əyalətində başlanıb və cari ayın on ikisinədək davam edəcək.

Türkiyənin müdafiə nazirliyi bu hərbi təlimlərdə iştirak edən qüvvələrin və hərbi texnikanın sayı barədə heç bir artıq təfərrüat verməyib.

Türkiyə və Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsi üstündə gedən döyüşlərdə atəşkəs barədə aidiyyəti olan ölkələrin rəsmilərinin məşvərətlərinin davam etdiyi bir halda Ermənistan sərhədində bu birgə hərbi təlimləri keçiriblər.