Türkiyə, Ermənistanla əməkdaşlığa hazırdir
Fev 24, 2021 12:31 Asia/Baku
Türkiyə, Ermənistanla əməkdaşlığa hazır olduğunu bildirib
SəhərAzeri xəbər verir, Türkiyə Xarici İşlər Naziri Ermənistanın atdığı hər bir müsbət addıma Ankaranın müsbət cavab verəcəyini bildirdi.
Türkiyənin TRT saytına istinadən Mövlud Çavuşoğlu, "İndi bölgədə sülh, yenidənqurma və sabitlik üçün bir fürsət var"- deyə bildirib.
Türkiyə Xarici İşlər Naziri əlavə edib: Ermənistan bu istiqamətdə hərəkət edərsə, bu ölkənin xalqı da bölgənin sabitliyindən və iqtisadi inkişafından faydalanacaq. O Ermənistandan bu məsələyə diqqət yetirməsini istədi.
Çavuşoğlu qeyd edib: "Biz Azərbaycan Respublikasının yanında möhkəm dururuq və bu ölkəyə sülh və əmin-amanlıq yaratmaq və Dağlıq Qarabağın yenidən qurulmasına kömək edəcəyik."
Teqlər