Koronavirus nəticəsində Ötən sutka ərzində Türkiyədə 72 nəfər vəfat edib
https://azeri.sahartv.ir/news/türkiyə-i373689-koronavirus_nəticəsində_Ötən_sutka_ərzində_türkiyədə_72_nəfər_vəfat_edib
Türkiyə Səhiyyə Nazirliyi koronavirus hadisələri ilə bağlı bu ölkədəki ölüm və yoluxma sayında artım olduğunu açıqladı.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Fev 25, 2021 06:14 Asia/Baku
  • Koronavirus nəticəsində Ötən sutka ərzində Türkiyədə 72 nəfər vəfat edib

Türkiyə Səhiyyə Nazirliyi koronavirus hadisələri ilə bağlı bu ölkədəki ölüm və yoluxma sayında artım olduğunu açıqladı.

SaharAzeri, Anadolu Xəbər Agentliyinə istinadən xəbər verir , Türkiyə Səhiyyə Nazirliyi çərşənbə günü gecə ölkədə 9 min 561  nəfərin Korona virusuna yoluxduğunu və 72 Türkiyə vətəndaşının Covid xəstəliyi səbəbiylə  həyatını itirdiyini açıqladı.

Bu yeni statistika ilə Türkiyədə korona virusuna yoluxanların sayı 2 milyon 665 min 194 nəfərə yüksəldi. Türkiyədə Koronavirus qurbanlarının sayı da 28 min 285 nəfərə çatıb.

Türkiyədə son günlərdə koronavirus infeksiyası və ölüm nisbətləri kəskin artıb.

Türkiyənin 23 vilayətində korona virusuna yoluxmuş insanların sayının artmasından və virusun ingilis növünün  müşahidə edilməsindən sonra bu ölkənin bəzi şəhərləri  karantinaya alındı.