Çavuşoğlu sabah Lavrovla görüşəcək
https://azeri.sahartv.ir/news/türkiyə-i374213-Çavuşoğlu_sabah_lavrovla_görüşəcək
Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında görüş keçiriləcək.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Mart 09, 2021 13:48 Asia/Baku
  • Çavuşoğlu sabah Lavrovla görüşəcək

Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə rusiyalı həmkarı Sergey Lavrov arasında görüş keçiriləcək.

SəhərAzəri  Apa-ya istinadən xəbərinə görə, tərəflər martın 10-da Qətərin paytaxtı Dohada danışıqlar aparacaq.

Görüşün Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Yaxın Şərq turnesi çərçivəsində baş tutacağı bildirilir. Səfər çərçivəsində Rusiyanın baş diplomatı xarici işlər naziri Məhəmməd bin Əbdülrəhman al-Tani ilə görüşəcək.

Onu Qətər əmiri Təmim bin Həməd al-Taninin də qəbul edəcəyi gözlənilir.