Mart 15, 2021 09:11 Asia/Baku
  • Ərdoğan:

Türkiyə prezidenti bu ölkədə 30 min insanın həyatına son qoyan koronavrusla mübarizənin hələ bitmədiyini vurğulayıb.

SəhərAzəri xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 14 mart Tibb İşçiləri bayramı münasibətilə bu ölkənin səhiyyə işçilərinə bir məktub ünvanlayaraq, pandemiyanın sonuna qədər koronavirusla mübarizənin davam edəcəyini vurğulayıb.

Türkiyə prezidentinin məktubunda deyilir: "Bir tərəfdən vəziyyətin normallaşması ilə bağlı addımlar atacağıq, digər tərəfdən səhiyyə sistemini gücləndirməyə davam edəcəyik".

Türkiyənin səhiyyə naziri Fəxrəddin Koca bu ölkədə koronavirusa yoluxanların ümumi sayının 2 milyon 866 min 12 nəfərə çatdığını bildirib.

Bu ölkədə, həmçinin indiyədək 29 min 421 nəfər koronavirus qurbanı olub.

Teqlər