Türkiyə lirəsi süqut edib
Türkiyə lirəsi bu ölkənin mərkəzi bankı müdirinin kənarlaşdırılmasından sonra süqut edib.
SəhərAzəri xəbər verir ki, Ərdoğanın Türkiyə mərkəzi bankının müdirini kənarlaşdırmaq barədəki ani hərəkəti bu ölkənin maliyyə bazarlarının xoşuna gəlməyərək, lirənin dəyərinin on beş faiz azalmasına və İstanbul birjasının göstəricisinin altı tam onda beş faiz tənəzzül etməsinə rəvac verib.
Türkiyə mərkəzi bankı müdirinin kənarlaşdırılması lirənin dəyərinin dollar qarşısında on beş faiz çökməsinə səbəb olub.
Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğanın Naci Ağbalı Türkiyə mərkəzi bankının müdirliyindən kənarlaşdırmaq üzrə ani qərarı maliyyə bazarında çaxnaşmaya səbəb olub.
Ekspertlərin fikrincə, Ağbalın beş aydan az bir müddətdə kənarlaşdırılması Ərdoğanın Türkiyənin iqtisadi məsələlərinə qarışmaq meylinin artması ilə bağlı, maliyyə bazarlarında nigarançılıqların şiddətlənməsinə səbəb olubdur.
Naci Ağbal bir neçə ay müdirlik dövründə valyuta təlatümünü nəzarətə almaq üçün bir neçə dəfə bank faizlərinin dəyərini artırmışdı. Belə bir halda, mərkəzi bankın yeni müdiri Şəhab Kavuci oğlu bank faizlərinin artırılmasına qarşıdır.
O, bu qənaətdədir ki, müxtəlif zaman kəsiklərində bir çox ölkələrdə bank faizi göstəricisinin sıfır faiz və ya mənfi olduğu bir halda, faiz dəyəri artırılmamalıdır. Zira inflyasiya göstəricisinin artmasına, iqtisadi inkişafın azalmasına, işsizliyin artmasına və sairəyə səbəb olacaqdır.
Qeyd etmək lazımdır ki, bu gün səhər Türkiyə valyuta mərkəzlərində hər bir ABŞ dolları yeddi tam yüzdə səksən dörd Türkiyə lirəsi ilə mübadilə olunub.