Mart 27, 2021 23:01 Asia/Baku
  • Türk qadınlar Ankaranın qadına qarşı zorakılıq müqaviləsindən çəkilməsinə etiraz ediblər

Minlərlə türk qadını Ankaranın Qadına zorakılığın və Məişət Şiddətinin qarşısının alınması Konvensiyasından çıxmasına etiraz olaraq mitinq keçirdi.

SəhərAzəri xəbər verir ki, minlərlə türk qadını şənbə günü küçələrə axışıb, Türkiyə hökumətinin Beynəlxalq Şiddətə Qarşı Konvensiyadan çıxma qərarına yenidən baxılmasını tələb edib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, keçən həftə Ankaranın 2011-ci ildə imzalanan İstanbul Konvensiyasından çıxdığını elan edərək Avropalı müttəfiqlərini təəccübləndirdi.

Türkiyə bu müqaviləni imzalayan ilk ölkələrdən biri idi və qadınlar Ərdoğanın müqavilədən çıxması ilə təhlükəsizliklərinin təhlükə altında olduğunu söyləyirlər.

 Etirazçılar Sahil şəhərindəki polisin güclü r iştirakına rəğmən  nümayiş keçirərək "Qadın Cinayeti Siyasi" kimi şüarlar səsləndirdilər.

Həmçinin aksiya iştirakçıları əllərində "Şiddəti deyil, Qadını Qoruyun" yazılı plakat tutmuşlar.

Dünya Səhiyyə Təşkilatının məlumatları göstərir ki, Türk qadınlarının% 38-i həyat yoldaşları tərəfindən zorakılığa  məruz qalır və bu rəğəm Avropada isə 25 faizdir.

Bir müşahidəçi qrupuna görə, Türkiyədə rəsmi statistikanın olmadığı "qadın qətli" nisbəti son 10 ildə üç dəfə artmışdır.

İndiyə qədər 87 qadın ərləri tərəfindən qətlə yetirilib və ya şübhəli şərtlər altında öldürülüb.

 

Teqlər