Apr 06, 2021 13:30 Asia/Baku
  • Türkiyədə inflyasiya yüksəlir

Türkiyədə inflyasiya göstəricisi yenidən on yeddi faiz həddini aşmaq astanasında durub.

SəhərAzəri xəbər verir ki, Türkiyə statistika mərkəzi bir hesabatda bildirib ki, bu ölkənin inflyasiya göstəricisi mart ayında bitən on iki aylıq bir dövrdə on altı tam yüzdə on doqquz faizə çatıb. Bu rəqəm öncəki ayın göstəricisi ilə müqayisədə yarım faiz çoxdur. Bu göstərici son 22 ayda Türkiyədə qeydə alınmış ən yüksək inflyasiya göstəricisi hesab olunur.

Müxtəlif sektorlar arasında ən yüksək inflyasiya göstəricisi iyirmi dörd tam yüzdə səksən beş faizlə nəqliyyat sektoruna aiddir. Bu sektordan sonra isə iyirmi bir tam yüzdə qırx doqquz faiz inflyasiya ilə iaşə xidmətləri və on yeddi tam yüzdə yetmiş dörd faizlə yeyinti məhsulları sektoru durur.

Digər tərəfdən, minimum inflyasiya göstəricisi yeddi tam yüzdə qırx üç faizlə geyim və paltar və yeddi tam yüzdə doxsan bir faizlə rabitə sektorlarında qeydə alınıbdır.

Türkiyədə inflyasiya göstəricisinin son on beş ildə özünün ən yüksək səviyyəsində durmuş 25 faizə çatdığı 2018-ci ilin oktyabr ayından bəri qiymət artımı əsasən azama istiqamətində durmuşdu.

Ötən iki ildə Türkiyədə inflyasiya göstəricisi orta hesabla, on tam yüzdə yetmiş dörd faiz olubdur.

Teqlər