Apr 12, 2021 13:46 Asia/Baku
  • Ərdoğan Qərbdəki İslamofobiyanı tənqid edib

Türkiyə prezidenti Qərbin xüsusilə də avropalıların İslamofobiya və ksenofobiya siyasətini tənqid edib.

SəhərAzəri xəbər verir kia. Anadolu xəbər agentliyinin məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbuldakı çıxışında deyib: "İslamofobiya Qərb siyasətçilərinin uğursuzluqlarını ört-basdır etmək üçün ən əhəmiyyətli vasitələrindən biridir. Hazırda media, professorlar, yazıçılar və nazirlər keçmişdə, bu gün kənarda saxlanılan qruplar tərəfindən istifadə edilən bu populist yanaşmanı yenidən canlandırırlar".

Ərdoğan sözlərinin davamında deyib: "Təkcə Almaniyada Türkiyə vətəndaşlarına qarşı 900 irqçi hücum qeydə alınıb və koronavirusla əlaqədar tətbiq edilən məhdudiyyətlər səbəbəindən məscidlərə və İslam birliklərinə qarşı 121 hücum barədə məlumat verilməyib.

Türkiyə prezidenti çıxışının başqa bir hissəsində Türkiyə vətəndaşlarının Avropada artan nüfuzu və iştirakından bəhs edib və bu fenomeni Avropa rəsmilərinin narahatlığına səbəb olan amillər kimi dəyərləndirib.

Teqlər