Türkiyə də İsrailə səsləndi
Rəsmi Ankara sionistlərin Əl-Əqsa məscidinə hücumunu pislədi
Türkiyə sionist rejimin dünən axşam Əl-Əqsa məscidində fələstinli ibadət edənlərə hücum etməsini kəskin şəkildə pisləyib.
SəhərAzəri-nin məlumatına əsasən, Dünən cümə günü mayın 7-i Ümumdünya Qüds günü idi və bütün dünya müsəlmanları koronavirus pandemiyasını nəzərə alaraq, Fələstində bir xərçıng törəməsi olan sionist rejimin təşkilinə və bu rejimin cinayətləri və işğalçılığına qarşı öz etirazlarını müxtəlif yollarla bəyan etdilər.
Türkiyənin Xarici İşlər Nazirliyi bir bəyanat yayarq, sionistlərin günahsız insanlara qarşı hərbi hücumunu qeyri-insani adlandırıb və bildirib: "İsrail rejimi Ramazan ayında Fələstin xalqının ibadət azadlığını və Əl-Əqsa məscidinin mövqeyini hədəf alıb".
Türkiyə Xarici İşlər Nazirliyi İsrail rejimi kabinetini ağıllı olmağa və bu kimi hadisələrə səbəb ola biləcək düşmənçilik və təxribatçı mövqelərdən çəkinməyə çağırıb.
Türkiyə parlamentinin sədri Mustafa Şentop isə Əl-Əqsa məscidində namaz qılanlara qarşı zorakılığı və zülmü dövlət terrorizminin bariz nümunəsi kimi dəyərləndirib və onu qınayıb.
Türkiyə Prezident Administrasiyasının sözçüsü İbrahim Kalın da bir bəyanat yayaraq, bu hücumu qınayıb və sionist rejimin heç bir müqəddəs məkana hörmət etmədiyini və dərhal Əl-Əqsa məscidindən çıxarılmalı olduğunu bildirib.
Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının sözçüsü Ömər Çelik də müsəlmanların ziyarətgahlarına hörmətsizliyi və təcavüzü və Fələstin xalqına qarşı şiddəti kəskin şəkildə qınayıb.
Türkiyə Prezident Administrasiyasının İnformasiya Ofisinin rəhbəri Fəxrəddin Altın da müsəlmanların müqəddəslərinə mənfur hücumun qəbuledilməz olduğunu söyləyib.
Qeyd edək ki, mübarək Ramazan ayının sonuncu cüməsi və Ümumdünya Qüds günündə sionist rejim hərbçilərinin Əl-Əqsa məscidinə səs və qaz bombaları ilə müşayiət olunan hücumunda ən azı 205 fələstinli yaralanıb.