"Qüdsün şərəfini qorumaq bütün müsəlmanların borcudur"
Ərdoğan: İsrail durdurulmalıdır
May 13, 2021 07:38 Asia/Baku
Türkiyə prezidenti sionist İsrail rejiminin cinayətlərinə son qoyulmasına çağırb.
SəhərAzəri-nin məlumatına əsasən, Rəcəb Təyyib Ərdoğan deyib: “Müqəddəs Qüds şəhərinin şərəfini, izzətini və heysiyyətini qorumaq hər bir müsəlmanın boynunda olan borcdur. İsrailin ortaq insani dəyərlərə, təməl insan haqlarına, beynəlxalq hüquqa və bütün humanist dəyərlərə qarşı bu addımları dərhal durdurulmalıdır.”
Cənab Ərdoğan rəsmi tvitter səhifəsi ilə yayımlanan açıqlamasında bu çağırışı edib.
İsrailin heç bir insani və beynəlxlaq norma və qaydalara əməl etmədiyini deyən Türkiyə prezidenti hazırda işğal edilmiş ərazilərdə, Qəzzədə və bütün Fələstində İsrailin atdığı addımların dayanadırılmasının zəruri olduğunu bildirib.