İyul 02, 2021 20:32 Asia/Baku
  • türkiyə aksiya
    türkiyə aksiya

Türkiyə xalqından minlərlə nəfər bu ölkə dövlətinin qadınlara qarşı zorakılıqla mübarizə üzrə beynəlxalq konvensiyadan çıxmasına etiraz olaraq aksiya keçirib.

SəhərAzəri-nin məlumatına əsasən, Əksəriyyətini qadınlar təşkil edən minlərlə nəfər Türkiyənin müxtəlif şəhərlərində, o sıradan İstanbul və İzmirdə plakatlar gəzdirərək, Türkiyə quruluşunun istibdadını pisləyibdir.

Plakatların bəzilərinin üzərində «Bizi susdura bilməzlər!» və «Biz qorxmuruq və təslim olmayacağıq!» şüarları yazılıbmış.

Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan dünən bu ölkənin 2011-ci ildə hazırlanmış qadınlara qarşı zorakılıqla mübarizə üzrə İstanbul konvensiyasından çıxmasına dair sənədi imzaladı ki, bu da daxili tənqidçilər və Avropa Birliyi tərəfindən pislənibdir.

 

Teqlər