Avq 11, 2021 13:15 Asia/Baku
  • Türkiyə Xarici İşlər Nazirliyi
    Türkiyə Xarici İşlər Nazirliyi

Türkiyə İsveçrənin PKK ilə həmkarlığına etiraz olaraq, bu ölkənin səfirini çağırtdırıb.

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyə dünən Cenevrədə Türkiyə Kürdüstanı Fəhlə Partiyası- PKK və Xalq Qoruma Dəstələri- YPG-nin birgə ofisinin yenidən açılmasına etiraz olaraq, İsveçrə səfirini çağırtdırıb.

Xalq Qoruma Dəstələri- YPG bundan öncə bildirmişdi ki, Avropa Birliyi ölkələrilə əlaqələrini genişləndirmək üçün İsveçrədə ofis açacaq.

Türkiyə Xarici İşlər Nazirliyi bir bəyanatda belə qeyd edib: İsveçrədə «Suriyanın Şimal və Şərq Muxtar İdarəsinin Nümayəndəliyi» adlı iki qrupdan asılı, dırnaqarası ofisin açılması ilə, bu ölkənin səfirini öz nazirliyimizə çağırtdırdıq ki, etirazlarımızı açıb deyək və ondan izahat tələb edək.

Türkiyə Xarici İşlər Nazirliyi qeyd edib ki, bu cür terror qruplarının legitimlik qazanmaq, həmçinin cəmiyyət və bu kimi adlarla ofislər açmaq üzrə səyləri heç bir vəchlə yolveriləsi deyil və terror təbliğatı dərhal dayandırılmalıdır.

 

Teqlər