Avq 16, 2021 13:06 Asia/Baku
  • Türkiyənin Kabildəki səfirliyinin fəaliyyəti davam edir

Türkiyə xarici işlər naziri deyib ki, Əfqanıstandakı Türkiyə vətəndaşları və diplomatik nümayəndələrinin təhlükəsizliyi üçün lazımi tədbirlər görülüb və Türkiyənin Kabildəki səfirliyinin bütün işçiləri öz fəaliyyətlərini davam etdirirlər.

 SəhərAzəri-nin məlumatına əsasən, Əlcəzairdən geri dönən Mövlud Çavuşoğlu son Əfqanıstan olayları ilə bağlı bldirib ki, bu ölkədəki türk şirkətlərinin müdirləri, iş adamları və Türkiyə vətəndaşları ilə saxlanılan əlaqələrdə həmin ölkəni tərk etmək istəyənlər üçün hazırlıq elan edilib.

Türkiyə xarici işlər naziri həmçinin bildirib ki, Əfqanıstandakı Türkiyə vətəndaşlarının rifahı və təhlükəsizliyi üçün Ankaranın Kabildəki rəsmilərlə əlaqə və müzakirələr davam edir.

Taliban dünən Əfqanıstanın paytaxtı Kabili mühasirəyə alaraq, yerli hökumətdən istədi ki, ölkənin və paytaxtın idarəsini dinc şəkildə bu qrupa təhvil versin və Əfqanıstan prezidenti Əşrəf Qəninin bu ölkəni tərk etməsilə Taliban əməldə Əfqanıstanın nəzarətini ələ alıbdır.

Teqlər