Avq 26, 2021 10:47 Asia/Baku
  • Türkiyə Əfqanıstandakı hərbi qüvvələrini çıxarmağa başlayıb

Türkiyə Kabildə olan hərbi qüvvələrini çıxarmağa başladığını elan edib.

SəhərAzəri Anadolu agentliyinə istinadla xəbər verir ki, bu barədə Türkiyənin Müdafiə Nazirliyi məlumat yayıb.

Xatırladaq ki, bundan öncə Türkiyə hərbi qüvvələrinin Kabil hava limanının təhlükəsizliyini təmin edəcəyi bildirilmiş, lakin az sonra Taliban, Türkiyə hərbi qüvvələri də yanaşı bütün xarici qüvvələrin Əfqanıstanı tərk etməsini tələb etmişdi.

Qeyd edək ki, Türkiyənin 600 nəfərlik silahlı qüvvələri ilə birlikdə Əfqanıstanda Kabil beynəlxalq hava limanının təhlükəsizliyini təmin etmək məqsədilə vəzifələrini icra edirdilər.

Teqlər