Türk lirəsi rekord səviyyədə ucuzlaşıb
Xəbər mənbələri cümə günü türk lirəsinin ən aşağı səviyyəyə endiyini bildirib.
SəhərAzəri-nin məlumatına əsasən, Türkiyə lirəsi Cümə günü mərkəzi bankın faiz dərəcələrini endirməyə davam edəcəyindən narahatlıq fonunda dollar qarşısında bütün zamanların ən aşağı səviyyəsinə düşüb.
Cümə günü ABŞ dolları Türkiyə bazarlarında 9,92 lirəyə satılıb ki, bu da yeni rekord hesab olunur.
Bu il inkişaf etməkdə olan bazarlarda ən pis göstəriciyə sahib olan lirə, son beş ildə dəyərinin üçdə ikisini itirib və inflyasiyanı artırmaqla yanaşı dəyər itirərək, Türkiyə xalqının gəlirlərini azaldıb.
Türkiyənin milli valyutasının devalvasiyası son həftələrdə ölkənin mərkəzi bankının iki müavininin dəyişməsindən sonra başlayıb. Baxmayaraq ki, bu məsələni lirənin ucuzlaşmasının yeganə amili hesab etmək olmaz, amma Türkiyə siyasətçilərinin Mərkəzi Bankın siyasətlərinə müdaxiləsi son illərdə tez-tez baş verir.