Türkiyədə səhiyyə işçiləri tətil aksiyasına başlayır
https://azeri.sahartv.ir/news/türkiyə-i383825-türkiyədə_səhiyyə_işçiləri_tətil_aksiyasına_başlayır
Türkiyənin səhiyyə işçiləri ölkənin səhiyyə sektorunun əmək haqqı ilə bağlı yeni qanunun qəbuluna etiraz olaraq, gələn həftə üç günlük tətil aksiyası elan ediblər.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Dek 06, 2021 09:16 Asia/Baku
  • Türkiyədə səhiyyə işçiləri
    Türkiyədə səhiyyə işçiləri

Türkiyənin səhiyyə işçiləri ölkənin səhiyyə sektorunun əmək haqqı ilə bağlı yeni qanunun qəbuluna etiraz olaraq, gələn həftə üç günlük tətil aksiyası elan ediblər.

SəhərAzəri-nin məlumatına əsasən, Tətil aksiyası Türkiyənin Səhiyyə və Sosial Xidmətlər İşçiləri Həmkarlar İttifaqı tərəfindən təşkil olunub.

Türkiyə parlamentinin ötən həftə qəbul etdiyi qanuna əsasən, ölkədə həkimlərin maaşları digər səhiyyə işçilərinin maaşından qat-qat yüksək olacaq.

Türkiyənin səhiyyə sektorunun 250 mindən çox üzvü var. Tətil aksiyası elə bir halda keçiriləcək ki, son aylarda Türkiyənin iqtisadi vəziyyəti daha da pisləşib.

Türkiyə Təbiblər Birliyi də bazar günü bir bəyanat yayaraq, səhiyyə sektorunun etirazını dəstəklədiyini bildirib və türkiyəli həkimlərin də, ölkənin tibb sektorunda konkret qrup üçün bu cür ayrı-seçkiliyi qəbul etmədiklərini vurğulayıb.