Ərdoğan inflyasiyanın nəticələrini aradan qaldırmağa çalışır
Türkiyə prezidenti inflyasiyanın mənfi təsirini azaltmaq üçün fəhlələrdən bir qrupunun vergi güzəşti və minimum əmək haqqılarını artırmaqla razılaşmağa məcbur olub.
SəhərAzəri-nin məlumatına əsasən,Rəcəb Tayyıb Ərdoğan həmkarlar ittifaqlarının bəzi rəhbərləri və maliyyə nazirinin iştirakı ilə keçirilən əmək haqqının minimum miqdarının təyini üzrə iclasın sonunda bildirib ki, yeni milad ilində fəhlələrin minimum əmək haqqıları əlli faizlik artımla 2850 lirədən 4250 lirəyə artacaq.
Ərdoğan bu qərarda məqsədi, fəhlə təbəqəsinin problemlərini azaltmaq adlandırıb.
Ərdoğanın qərarı ilə ən aşağı əmək haqqı alanlar vergi ödəməkdən azad olacaqlar.
Türkiyə şiddətli maliyyə-iqtisadi böhranla çarpışır. Bu ölkənin milli pul vahidi- lirənin dəyəri, kəskin tərzdə aşağı düşübdür.