Ermənistan XİN başçısı Türkiyəyə gedir
https://azeri.sahartv.ir/news/türkiyə-i385469-ermənistan_xİn_başçısı_türkiyəyə_gedir
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və xüsusi nümayəndə Ruben Rubinyan Türkiyəyə səfər edəcəklər. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Yan 27, 2022 12:34 Asia/Baku
  • Ermənistan XİN başçısı Türkiyəyə gedir

Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və xüsusi nümayəndə Ruben Rubinyan Türkiyəyə səfər edəcəklər. Bu barədə Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bildirib.

Mövlud Çavuşoğlu qeyd edib ki, Ermənistan xarici işlər naziri Ararat Mirzoyan və Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması üzrə müzakirələrdə ermənistanın xüsusi nümayəndəsi Ruben Rubinyan Antalya Diplomatiya Forumuna qatılacaqlar.

“Hamının səsinin burada eşidilməsini istəyirik. Paşinyan Antalya Diplomatiya Forumuna qatıla biləcəklərini söylədi. Azərbaycan da gəlir. Hər kəs düşüncələrini söyləsin”, - XİN başçısı vurğulayıb.