Türkiyəli futbolçu Ukraynaya dəstək köynəyini geyinməkdən imtina edib
Türkiyənin sabiq millisi Ukrayna müharibəsi əleyhdarlarının simvolik köynəyini geyinməkdən imtina edib.
SəhərAzəri-nin məlumatına əsasən, "Sport Babil" portalının məlumatına görə, Türkiyənin ikinci divizionunda çıxış edən "Ərzurumspor"un 33 yaşlı kapitanı Aykut Demir Ukrayna böhranı ilə bağlı simvolik aksiyada iştirak etməkdən imtina edib.
"Ərzurum" klubunun oyunçuları bazar günü "Ankaragücü"nə qarşı oyunda üzərinə "Müharibəyə yox" şüarı yazılmış köynək geyiniblər. Amma Hollandiyada dünyaya gəlmiş Demir klub rəsmilərinin bu formanı geyinməklə bağlı müraciətini rədd edib.
Bir zaman Türkiyə millisində oynamış Aykut Demir Qərbi Asiyanın müxtəlif yerlərində hər gün insanların öldürülməsinə toxunaraq, " Footbal Anatolia" portalına və Fanatik qəzetinə deyib: "Yaxın Şərqdə hər gün minlərlə insan ölür. Mən də kədərlənirəm. günahsız insanların ağrısını paylaşıram. Amma bu məsələləri pisləyənlər yalnız Avropada bu hadisələr baş verəndə reaksiya göstərirlər".