Türkiyə prezidenti qərb dövlətlərini qınadı
Mart 11, 2022 16:36 Asia/Baku
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Antalya Diplomatiya Forumunun açılış mərasimində etdiyi çıxışında qərb ölkələrinin Ukraynanı tək qoymaqda ittiham edib.
SəhərAzəri-nin məlumatına əsasən, “Qonşu ölkənin ərazisinin işğalına göz yuma bilmərik və bunu rədd edirik”, - Ərdoğan vurğulayıb.
“Əgər 2014-cü ildə Krımın işğalına səs çıxarsaydılar, bu gün bu mənzərə ilə qarşılaşardıq?! Ukraynaya lazımi dəstəyi vermədilər. Ukraynanı haqlı mübarizəsində tək qoydular və biz indi bunun acı nəticələri ilə qarşı-qarşıyayıq”, - deyə Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan bildirib.