Türkiyə prezidenti ölkəsinin Rusiyaya qarşı sanksiyalara qatıla bilməyəcəyini deyib
https://azeri.sahartv.ir/news/türkiyə-i387271-türkiyə_prezidenti_ölkəsinin_rusiyaya_qarşı_sanksiyalara_qatıla_bilməyəcəyini_deyib
Türkiyə prezidenti deyib: “Sanksiya mövzusunda BMT-nin müəyyən xəttinə biz də qoşula bilərik, amma unutmayaq ki, bütün bu addımları atarkən bizim Rusiya ilə olan münasibətlərimizi bir kənara qoymaq mümkün deyil”.
(last modified 2024-06-07T05:07:56+00:00 )
Mart 25, 2022 14:30 Asia/Baku
  • Türkiyə prezidenti ölkəsinin Rusiyaya qarşı sanksiyalara qatıla bilməyəcəyini deyib

Türkiyə prezidenti deyib: “Sanksiya mövzusunda BMT-nin müəyyən xəttinə biz də qoşula bilərik, amma unutmayaq ki, bütün bu addımları atarkən bizim Rusiya ilə olan münasibətlərimizi bir kənara qoymaq mümkün deyil”.

SəhərAzəri-nin məlumatına əsasən,Türkiyə prezidenti Rəcəb Təyyib Ərdoğan ölkəsinin Rusiyaya qarşı sanksiyalara qatıla bilməyəcəyini belə əsaslandırıb: “Çünki bu gün sadəcə təbii qazın təqribən yarısını Rusiyadan alırıq. Bu məsələdəki həssaslığımızı qorumalıyıq. Birincisi, mən xalqımı qarda-qışda soyuqda qoya bilmərəm. İkincisi, sənayemizi tamamilə sıfırlaya bilmərəm. Bunları qorumalıyıq. Biz dövlətik, 85 milyonluq əhalimiz var. Üzərimizə düşən hər cür vəzifəni edərik, edirik. Hazırda ukraynalılar üçün 56 civarında humanitar yardım daşıyan yük maşını bölgəyə göndərmişik”, - Türkiyə dövlət başçısı bildirib.