İstanbulun Bosfor boğazında ikinci minanın aşkar edilməsi təkzib edilib
Mart 27, 2022 08:46 Asia/Baku
Türkiyənin təhlükəsizlik mənbələri İstanbulda Bosfor boğazı sularında ikinci bir minanın aşkar edildiyinə dair xəbərləri təkzib ediblər.
Daha əvvəl Türkiyənin müdafiə naziri Xulusi Akar Ukrayna tərəfdən Bosfor boğazına gəldiyi ehtimal edilən minanın Türkiyənin hərbi dəniz qüvvələri tərəfindən zərərsizləşdirildiyini bildirib.
Akar deyib: "Ankara bu məsələ ilə bağlı Ukrayna və Rusiya rəsmiləri ilə əlaqə saxlayıb və hazırda bölgədə dəniz nəqliyyatı ilə bağlı problem yoxdur".
Teqlər