Türkiyə: S-400 sistemlərinin dosyası artıq bağlanıb
https://azeri.sahartv.ir/news/türkiyə-i387472-türkiyə_s_400_sistemlərinin_dosyası_artıq_bağlanıb
Türkiyə prezidentinin sözçüsü Ankaranın S-400 zenit-raket sistemlərini almağa davam etməkdə qərarlı olduğunu vurğulayıb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
Mart 31, 2022 11:25 Asia/Baku
  • S-400
    S-400

Türkiyə prezidentinin sözçüsü Ankaranın S-400 zenit-raket sistemlərini almağa davam etməkdə qərarlı olduğunu vurğulayıb.

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyə prezidentinin sözçüsü İbrahim Kalın vurğulayıb ki, Türkiyə ABŞ-a S-400 sistemləri ilə bağlı mübahisələrin artıq faydasız olduğunu başa salıb. 

İbrahın kalın Türkiyənin ABŞ və NATO-nun digər üzvlərinə S-400 hava hücumundan müdafiə sisteminin məsələsinin bağlandığı barədə məlumat verdiklərini söyləyib.

Kalın CNN-ə deyib: "NATO, müttəfiqi Türkiyəyə Patriot raket müdafiə sistemini satmaqla ona dəstək ola bilər".

Türkiyənin NATO-nun ikinci ən böyük ordusu olduğunu qeyd edən sözçü, NATO-nun Türkiyəyə qarşı sanksiyalar tətbiq etməsinin yanlış olduğunu bildirib və Ukraynadakı müharibənin bu qərarın səhv olduğunu açıq şəkildə göstərdiyini söyləyib.