Ermənistan XİN:
“Ermənistan cəsarətli addımların atılmasının zəruriliyi ilə tam razıdır”
Ermənistan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Ermənistan-Türkiyə münasibətlərinin normallaşması ilə bağlı Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu cəsarətli addımların atılmasının vacibliyinə dair fikrinə münasibət bildirərkən deyib ki, Erməni tərəfi cəsarətli addımların atılmasının zəruriliyi ilə tam razıdır.
SəhərAzəri-nin məlumatına əsasən, Ermənistan XİN rəsmisi qeyd edib ki, Ermənistanla Türkiyə arasında aviauçuşların bərpası mühüm ikitərəfli addım olub.
“Biz əminik ki, irəliyə doğru yeganə yol ardıcıl aydın addımlar atmaqdır”, - o vurğulayıb.
XİN rəsmisi vurğulayıb ki, Ermənistan Türkiyəyə birinci mərhələdə diplomatik pasport sahibləri üçün quru sərhədinin açılmasını təklif edib: “Düşünürük ki, bu, kiçik, lakin məzmunlu, ən önəmlisi isə məntiqli addım olacaq. Ümid edirik ki, bu məsələdə nəticə əldə etmək mümkün olacaq”.