Çavuşoğlu Qərb dövlətlərini ikiüzlülükdə ittiham etdi
https://azeri.sahartv.ir/news/türkiyə-i388382-Çavuşoğlu_qərb_dövlətlərini_ikiüzlülükdə_ittiham_etdi
Türkiyənin XİN başçısı bəzi Qərb dövlətlərini ikiüzlülükdə ittiham edib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
Apr 24, 2022 14:46 Asia/Baku
  • Çavuşoğlu Qərb dövlətlərini ikiüzlülükdə ittiham etdi

Türkiyənin XİN başçısı bəzi Qərb dövlətlərini ikiüzlülükdə ittiham edib.

SəhərAzəri-nin verdiyi məlumata görə, Mövlud Çavuşoğlu ABŞ prezidenti Cozef Baydenin 1915-ci ildə Osmanlı dövlətində baş verən hadisələrlə bağlı bəyanatına görə tənqid edib.

Bu barədə Çavuşoğlu tviterdə yazıb: “Bəzi Qərb liderləri son günlər “soyqırımı” sözünün yalnız məhkəmə qərarından sonra istifadə oluna biləcəyini iddia edirlər. Bu doğrudur! Lakin həmin şəxslərin siyasi motivləri rəhbər tutaraq 1915-ci il hadisələri ilə bağlı məhkəmə qərarı olmadan “soyqırımı” sözünü işlətməsi onların ikiüzlülüyünün ən bariz nümunəsidir”, – deyə Çavuşoğlu bildirib.

Qeyd edək ki, ABŞ prezidenti Co Bayden 1915-ci ildə Osmanlı dövlətində baş verənləri "soyqırımı" adlandırıb. Bir il əvvəl də Bayden bu hadisələri "soyqırımı" adlandıran ilk ABŞ prezidenti olub.