Türkiyənin valyuta ehtiyatları azalıb
https://azeri.sahartv.ir/news/türkiyə-i389303-türkiyənin_valyuta_ehtiyatları_azalıb
Türkiyənin valyuta ehtiyatları bir həftə ərzində 5 milyard dollar azalıb.
(last modified 2024-10-16T10:36:13+00:00 )
May 21, 2022 09:12 Asia/Baku
  • Türkiyənin valyuta ehtiyatları azalıb

Türkiyənin valyuta ehtiyatları bir həftə ərzində 5 milyard dollar azalıb.

SəhərAzəri-nin məlumatına əsasən, bu barədə Türkiyənin Mərkəzi Bankı tərəfindən bildirilib.

Məlumatına əsasən, Ankaranın lirəni dəstəkləmək siyasətlərinin uğursuzluğa düçar olması səbəbindən bu ölkənin valyuta ehtiyatları mayın 13-də başa çatan həftədə təxminən 5 milyard dollar azalıb.

Türkiyənin Mərkəzi Bankının statistikaları bu ölkənin valyuta ehtiyatlarının 4,8 milyard dollar azaldığını göstərir.

Beləliklə Türkiyənin ümumi ehtiyatları son 10 ayın ən aşağı səviyyəsinə - 61,2 milyard dollara çatıb.