İstanbulda silahlı toqquşma
https://azeri.sahartv.ir/news/türkiyə-i389525-İstanbulda_silahlı_toqquşma
Türkiyənin İstanbul şəhərində silahlı toqquşma baş verib; azı yeddi nəfər ölüb və yaralanıbdır.
(last modified 2024-03-01T10:29:49+00:00 )
May 27, 2022 11:24 Asia/Baku
  • silahlı toqquşma
    silahlı toqquşma

Türkiyənin İstanbul şəhərində silahlı toqquşma baş verib; azı yeddi nəfər ölüb və yaralanıbdır.

SəhərAzəri-nin məlumatına əsasən, İstanbulun Bəyazit rayonundakı bir bazarda iki ədavətli qrup arasında baş verən bu toqquşmada bir nəfər ölüb, altı nəfər də yaralanıbdır.

Yaralılar arasında bir polis zabiti var.

İnformasiya qaynaqlarının bildirdiklərinə görə, öldürülmüş şəxs Azərbaycan Respublikasından olan bir teatr aktyorudur.

Deyilənlərə görə, bu iki dəstə arasındakı doqquzaylıq ədavət, həmin silahlı toqquşmanın amili olub.

Türkiyə polisi bu silahlı toqquşma ilə bağlı iyirmi yeddi nəfəri həbs edib.