İyun 22, 2022 23:22 Asia/Baku
  • Türkiyə Ərəbistan
    Türkiyə Ərəbistan

Ərəbistan vəliəhdi «Vaşinqton Post» qəzetinin köşə yazarı Camal Qaşıqçının terrorundan sonra Türkiyəyə olan ilk səfərində Ankaraya daxil olub.

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyə prezidenti Rəcəb Tayyıb Ərdoğan bu ölkənin prezident sarayında keçirilən rəsmi mərasimdə Bin Salmanı qarşılayıb.

Aprel ayında Ərəbistana səfər etmiş Ərdoğan Məhəmməd bin Salmanı Ankaraya səfərə dəvət etmişdi.

Türkiyə prezidenti bundan öncə bildirmişdi ki, bin Salmanla ikitərəfli əlaqələrin genişləndirilməsi barədə gələcəkdə söhbət edəcək.

Bu, Ərəbistan vəliəhdinin «Vaşinqton Post» qəzetinin köşə yazarı Camal Qaşıqçının terrorundan sonra Türkiyəyə olan ilk səfəridir.

Qaşıqçının nişanlısı Xədicə Çingiz Məhəmməd bin Salmanın Türkiyəyə səfərinə reaksiyada deyib ki, Ərəbistan vəliəhdinin digər ölkələrə səfərlə əldə etdiyi siyasi legitimlik onun qatil olması reallığını dəyişməyəcək.

Çingiz əlavə edib: Camal daha mənim yeganə hekayətim deyil. Ədalət üçün mübarizə təkcə mənə məxsus deyil, hər bir mütəfəkkir və azad insanın mübarizəsidir və heç bir diplomatik əlaqə bu ədalətsizliyə legitimlik verə bilməz.

 

Teqlər