Ərdoğan Türkiyə xalqına: Vətəndaşlar, səbirli olun!
-
Ərdoğan
Türkiyədə başgicəllədən inflyasiyanın son 24 ildə ən yüksək həddə çatdığı bir halda, Türkiyə prezidenti bu ölkə vətəndaşlarına səbirli olmağı tövsiyə edib.
SəhərAzəri-nin məlumatına əsasən, Türkiyə kəskin iqtisadi böhranla üz-üzədir. Hökumət indiyə kimi bu problemin həllində aciz qalıb. Aylar öncədən başlanan böhran xalqın hökumətdən və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan narazılığının əsas səbəbinə çevrilib.
Ərdoğan Qurban bayramı münasibəti ilə etdiyi müraciətdə hökumətin bahalıq və lirənin dəyərindəki səbatsızlıqdan irəli gələn problemlərdən xəbərdar olduğunu bildirib və Türkiyə xalqını səbirli və təmkinli olmağa çağırıb.
Türkiyə statistika idarəsinin məlumatına görə, iyun ayında Türkiyənin illik inflyasiya səviyyəsi 78,62% olubdur ki, bu da 4,95% aylıq artımla proqnozları aşıb keçibdir.