İyul 11, 2022 12:33 Asia/Baku
  • Ərdoğan
    Ərdoğan

Son rəy sorğusunun nəticələrinə əsasən, Türkiyədə keçiriləcək prezident seçkilərində səsvermə hüququna malik olanların 30 faizindən az hissəsi hazırkı prezident Rəcəb Tayyib Ərdoğanı dəstəkləyəcək.

SəhərAzəri-nin məlumatına əsasən, Türkiyənin "Cumhuriyet" qəzetinin internet portalının məlumatına görə, Avrasiya Araşdırmaları İnstitutunun sədri Kamal Özkiraz deyib: "Son rəy sorğusuna görə, gələcək prezident seçkilərində Türkiyənin bütün aparıcı siyasi partiyaları ayrı-ayrı namizəd irəli sürsələr belə, Türkiyənin Ədalət və İnkişaf Partiyası AKP-nin sədri Ərdoğanın səsi 29,8 faiz, Cümhuriyyət Xalq Partiyası CHP-nin sədri Kamal Kılıçdaroğlunun səsi isə 28,8 faiz olaraq müəyyən edilib.

Həmçinin Özkiraz, İYİ Partiyasının sədri Meral Akşenerin səsinin 12,5 faiz, Xalqların Demokratik Partiyası HDP-nin sədri Midhət Səncərin səsinin isə 9,8 faiz olduğunu açıqlayıb. 

Sorğunun nəticələrinə görə, ən çox diqqət çəkən partiyalardan biri də Demokratiya və Sıçrayış Partiyası DEVA olub. DEVA Partiyasının sədri Əli Babacan prezidentliyə namizəd olarsa, sorğuya görə o, 6,3 faiz səs toplayacaq.

Anketə görə, İqtidar ortağı olan Milliyətçi Hərəkat Partiyası MHP sədri Dövlət Baxçalının səs nisbətinin azalması diqqət çəkən məsələlərdən olub. Baxçalıya səs verəcəklərini söyləyənlərin nisbəti 6 faiz olub. 

Türkiyənin sabiq baş naziri Əhməd Davudoğlunun səs nisbəti də 1,5 faiz olaraq, ölçülüb. 

Türkiyə aylar öncədən ağır iqtisadi böhranla üz-üzədir və indiyə qədər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın rəhbərlik etdiyi hakim "Ədalət və İnkişaf" partiyasının bütün səyləri uğursuz olub. 

Lirənin devalvasiyası, işsizlik və inflyasiya Türkiyədə sosial bərabərsizliyi xeyli artırıb və rəy sorğuları institutlarının proqnozlarına görə, bu ölkədə keçiriləcək seçkilərdə Ərdoğan və Ədalət və İnkişaf Partiyasının qalib gəlməsi ehtimalı az görünür.

Teqlər