Türkiyə Qara dənizin dərin sularında qaz kəmərləri çəkməyə başlayıb
-
qaz kəmərləri
Türkiyə Qara dənizdəki Sakarya qaz yatağının dərin sularında təbii qaz kəmərlərinin çəkilişinə başlayıb.
SəhərAzəri-nin məlumatına əsasən, Son illərdə Türkiyə Qara və Aralıq dənizlərində neft və qaz ehtiyatlarının kəşfiyyatı ilə bağlı geniş qazma işlərinə başlayıb ki, bu da Avropa İttifaqının üzvləri olan Yunanıstan və Kiprin reaksiyasina və gərginliyə səbəb olub. Yunanıstan və Kipr bu suları öz ərazilərinin bir hissəsi hesab edir və Türkiyəni bu dəniz ərazilərində qanunsuz kəşfiyyatlar aparmaqda ittiham edir.
Hazırda enerji daşıyıcılarının, xüsusilə də qazın qiymətinin artması Türkiyə hökuməti üçün ciddi problemə çevrilib. Türkiyə qazın qiymətinin artım sürətinə görə Avropa ölkələri arasında rekorda malikdir və istehlak etdiyi qazın demək olar ki, hamısını xaricdən idxal edir.
"Anadolu" xəbər agentliyi bildirib ki, Sakarya qaz yatağına kəşfiyyat işləri və boru kəmərlərinin çəkilişi 24 saat davam etdirilir və Qara dənizdən 540 milyard kubmetrdən çox təbii qaz ehtiyatının daşınması üçün nəzərdə tutulan borular "Castoron" gəmisi vasitəsi ilə dərin sularda yerləşdirilir.
Bildirilir ki, bu layihədə 5 mindən çox işçi gecə-gündüz işləyir və əgər Sakarya qaz yatağında ildə 10 milyard kubmetr təbii qaz hasil edilərsə, Türkiyənin yaxın bir neçə il üçün qaz ehtiyacının beşdə biri təmin oluna bilər.
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib: "Türkiyə 2023-cü ilin birinci rübündə Qara dənizdə aşkar edilən qaz yataqlarından gündəlik 10 milyon kubmetr təbii qazı nəql etməyə başlayacaq".