Ərdoğan İrandan neft və qaz alqısını artırmaq istəyir
https://azeri.sahartv.ir/news/türkiyə-i391543-Ərdoğan_İrandan_neft_və_qaz_alqısını_artırmaq_istəyir
Türkiyə prezidenti bu ölkənin İrandan daha çox neft və qaz almaq istədiyini bildirib.
(last modified 2024-03-01T10:29:49+00:00 )
İyul 26, 2022 08:16 Asia/Baku
  •  Rəcəb Tayyib Ərdoğan
    Rəcəb Tayyib Ərdoğan

Türkiyə prezidenti bu ölkənin İrandan daha çox neft və qaz almaq istədiyini bildirib.

SəhərAzəri-nin məlumatına əsasən, Rəcəb Tayyib Ərdoğan “TRT” telekanalı ilə müsahibədə qonşu ölkələrlə ticarət barədə deyib: Qonşu ölkələrlə ticarət və ikitərəfli həmkarlıqlar davam edəcək. Ankaranın məqsədi, İrandan neft və qaz alqısını artırmaqdır.

Tehran son zamanlar iki ölkənin prezidentləri Ayətullah Seyid İbrahim Rəisi və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə İran-Türkiyə ali əməkdaşlıq şurasının iclasını təşkil etmişdi.

Bu iclasda iki ölkənin prezidentləri qarşılıqlı əlaqələrin genişləndirilməsinə təkid etdilər və Ayətullah Rəisi İranın Türkiyəyə qaz ixracına hazır olduğunu bildirdi.

Tehran və Ankara İran qazının Türkiyəyə ixracı üzrə müqaviləni daha 25 il müddətinə uzatdılar və qaz ixracının artırılması, tərəflərin iş gündəmində daxil edildi.