Sen 06, 2022 10:58 Asia/Baku
  • “Fransa Afrikadakı müstəmləkəçiliyindən ibrət götürsün”

“Fransanın Afrikadakı müstəmləkəçilik anlayışı işə yaramadı, müstəmləkəçi yanaşmalarından ibrət götürsün”.bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Fransa Prezidenti Emmanuel Makronun Ankara ilə bağlı açıqlamalarını cavablandırarkən deyib.

SəhərAzəri-nin məlumatına əsasən, Fransa Prezidenti Emmanuel Makron ötən ay səfər etdiyi Əlcəzairdə təhqir və etirazlarla qarşılaşıb.

Makron Əlcəzairdə əhali tərəfindən məruz qaldığı təhqirlərə görə Türkiyə, Çin və Rusiyanı Fransaya qarşı kampaniya aparmaqda ittiham edərək demişdi ki, bu ölkələr Afrika üçün yeni müstəmləkəçi və imperialist planlar hazırlayıblar.

Türkiyənin xarici işlər naziri bu açıqlamanın təəssüf doğurduğunu bildirib:". Biz Türkiyə olaraq Afrikada və ya başqa yerdə hər hansı ölkəni rəqib olaraq görmürük. Hər kəslə əməkdaşlıq etmək istəyirik", - Türkiyənin xarici siyasət idarəsinin rəhbəri deyib.

"Bəyanatlarımızda açıq ifadələr işlədirik. Keçmişdə Fransanın Afrikadakı müstəmləkəçilik anlayışı işə yaramadı, müstəmləkəçi yanaşmalarından ibrət götürsünlər. Əgər Fransaya zidd münasibət varsa, bunun səbəbi Türkiyə və ya başqa ölkələrdə axtarılmamalıdır. Həmin ölkələri Fransaya qarşı biz təhrik etmirik”, - Çavuşoğlu vurğulayıb.

Qeyd edək ki, Makron əlcəzairə son səfərində əhalinin etirazı ilə üzləşib. Fransa Prezidenti izdihamın arasında olarkən “Yaşasın Əlcəzair” və “Bir, iki, üç, yaşasın Əlcəzair” şüarları səsləndirilib.

Makron bu zaman tələsik avtomobilinə minib. Görüntülərdə ağsaçlı bir şəxs Makrona "Burdan rədd ol get, yaşasın Əlcəzair", - deyib.

Teqlər